“Mançester Yunayted” “Everton”u darmadağın etdi

“Mançester Yunayted” “Everton”u darmadağın etdi

Hazırda oxunan: “Mançester Yunayted” “Everton”u darmadağın etdi

166249

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində Liverpulun “Everton”u “Mançester Yunayted”i qəbul edib.

Bizim.Media xəbər verir ki, matçı Con Bruksun rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

“Qudison Park”da baş tutmuş oyunun qalibi qonaqlar olub. Oyunda hesab hələ üçüncü dəqiqədə açılıb: “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Alexandro Qarnaço eyni ilə Ueyn Runinin 2011-ci ildə “Mançester Siti”yə vurduğu əfsanəvi qol kimi “qayçı” zərbəsindən fərqlənib. Matçda növbəti qolu 56-cı dəqiqədə Markus Raşford penaltidən vurub. 75-ci dəqiqədə isə Antoni Marsyal qonaqların üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 3:0.

Qeyd edək ki, 13 oyundan sonra “Everton”un aktivində cəmi dörd xal var. Mersisayd təmsilçisi 19-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 24 xalla liqada 6-cı yerdədir. Onu ilk dördlükdən dörd xal ayırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO