Gəncədə evdə 30 yaşlı oğlanın meyti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində yaşayan, 1993-cü il təvəllüdlü Elzar İsmayılov ona gələn telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib.
Bu səbəbdən də FHN-nin 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapısını açıblar.
Mənzilə baxış keçirən zaman Elzar İsmaylov evin vanna otağında ölmüş vəziyyətdə aşkarlanıb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
İlkin versiyaya görə, 30 yaşlı E.İsmayılov ürək tutmasından ölüb.
Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin məktəbdən kənar işlər üzrə təşkilatçısı olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:58 / 25.11.2023
Gəncədə 30 yaşlı kişi evində ölü TAPILIB - FOTO
Hazırda oxunan: Gəncədə 30 yaşlı kişi evində ölü TAPILIB - FOTO
Hazırda oxunan: Gəncədə 30 yaşlı kişi evində ölü TAPILIB - FOTO
166103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.