Azərbaycan musiqiləri Ukraynanın aparıcı radiosunun EFİRİNDƏ

Azərbaycan musiqiləri Ukraynanın aparıcı radiosunun EFİRİNDƏ

Hazırda oxunan: Azərbaycan musiqiləri Ukraynanın aparıcı radiosunun EFİRİNDƏ

165956

Ukraynanın aparıcı radio stansiyalarından biri olan “DJ FM” radiosunun efirində Azərbaycan musiqiləri səsləndirilməyə başlayıb.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, paytaxt Kiyev şəhərindən yayımlanan “DJ FM” Ukraynanın ən aparıcı 5 musiqili radiosundan biri hesab olunur.  

Radiostansiyanın efir formatı bütün janrlarda (rok, pop, klassik, dans-pop və s) olan musiqi trendlərinə və hitlərinə üstünlük verir.

“DJ FM” radiosu Ukraynanın TOP 5-də olan ən populyar və sabit mövqe tutan stansiyalardan biridir. “DJ FM” radiosu dünyanın və Ukraynanın ən yaxşı DJ-lərinin təqdimatında brend şouları və dünya rəqs səhnəsinin ulduzları ilə eksklüziv müsahibələri ilə efir yayımı həyata keçirir.


Qeyd edək ki, hazırda Ukraynanın maliyyə nazirinin müşaviri vəzifəsində çalışan Azər Xudiyevin Azərbaycanın Ukraynadakı səfiri işlədiyi (2016-2020-ci illərdə) dövrdə “DJ FM” radiosunun rəhbərliyi ilə əməkdaşlıq haqqında razılıq əldə olunub. Sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycanın tanınan musiqi nümunələri mütəmadi olaraq “DJ FM” radiosunun efirində yayımlanır. 

“DJ FM” radiosunun yayımını buradan dinləmək mümkündür. 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyevlə əlaqa saxlmağa çalışsaq da, telefon zənglərimizə cavab verməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO