Cəlilabadda OLAY: Polisə zəng edib adam bıçaqlayacağını dedi - Həbs edildi

Cəlilabadda OLAY: Polisə zəng edib adam bıçaqlayacağını dedi - Həbs edildi

Hazırda oxunan: Cəlilabadda OLAY: Polisə zəng edib adam bıçaqlayacağını dedi - Həbs edildi

165945

Cəlilabad rayonunda polisə zəng edib cinayət törədəcəyini deyən şəxs tutulub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, bir neçə gün əvvəl kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Tağıyev (şərti ad soyadlı) DİN-in 102 xidmətinə zəng edərək Mahir adlı şəxsin ona pul borclu olduğunu və həmin şəxsi bıçaqlayacağını deyib.

Dərhal həmin şəxsin yaşadığı yer müəyyənləşdirilib. Polis əməkdaşları Z.Tağıyevin evinə gedərək onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət ediblər.

Bu zaman o, polislərə müqavimət göstərib, həmçinin Mahir adlı şəxsin ünvanına söyüşlər söyüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib edilib. Saxlanılan şəxs polisə zəng edərkən sərxoş olduğunu bildirib.
Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Z.Səlimova 5 sutka həbs cəzası verilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO