Azərbaycanda qızlar doğulmadan MƏHV EDİLİR - Layihə rəhbəri 

Azərbaycanda qızlar doğulmadan MƏHV EDİLİR - Layihə rəhbəri 

Hazırda oxunan: Azərbaycanda qızlar doğulmadan MƏHV EDİLİR - Layihə rəhbəri 

165839

"Azərbaycanda qız uşaqları doğulmadan məhv edilir. Biz layihələrlə bu problemə cəmiyyətin diqqətini cəlb etməyə çalışırıq".

Bunu Bizim.Media-ya açıqlamasında "YAŞADAQ. Ümid qanadları" adlı layihənin rəhbərlərindən biri peşəkar biznes məşqçi Zümrüd Rüstəmova layihənin məqsədindən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihə TƏQDİM OLUNUB - FOTO


Həm də kələğayı kolleksiyaçısı olan Zümrüd Rüstəmova Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə problemə incə tərəfdən toxunulduğunu bildirib:

"Kələğayı simvolikdir, qadınlar nə qədər çox olsa, milli irsimiz, geyimlərimiz də o qədər çox yaşayacaq. Kolleksiyamda 150 kələğayım var. 30 il Azərbaycandan kənarda, Paris, Moskva, Sankt-peterburq və digər şəhərlərdə yaşamışam. 

Hər şey Parisdən başladı, övladlarım orada beynəlxalq məktəbdə oxuyurdular. Müqavilə bitəndən sonra ailələr öz ölkələrinə gedirdilər. Mən 46 ölkəyə gedən xanımlara kələğayı hədiyyə elədim. Ondan sonra kələğayı dünyanın çox yerinə yayıldı. Sonra Moskva və Sankt-peterburqda layihələr həyata keçirdik".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO