Dövlət sərhədini pozmağa cəhd edən 4 Pakistan vətəndaşı SAXLANILDI - FOTO 

Dövlət sərhədini pozmağa cəhd edən 4 Pakistan vətəndaşı SAXLANILDI - FOTO 

Hazırda oxunan: Dövlət sərhədini pozmağa cəhd edən 4 Pakistan vətəndaşı SAXLANILDI - FOTO 

165639

Noyabrın 21-də saat 13:35-də Qusar rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşları 1974-cü il təvəllüdlü Majeed Abdul Muhammad, 1979-cu il təvəllüdlü Muhammad Yaseen Ali, 2004-cü il təvəllüdlü Abu Bakar Ahsan ve 2008-ci il təvəllüdlü Ullah Ubaid Ahsan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. 
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO