Kinematoqrafçılar İttifaqına sədrlik təklifinə Şeyx Əbdüldən REAKSİYA – “Vəzifədə gözüm yoxdur” 

Kinematoqrafçılar İttifaqına sədrlik təklifinə Şeyx Əbdüldən REAKSİYA – “Vəzifədə gözüm yoxdur” 

Hazırda oxunan: Kinematoqrafçılar İttifaqına sədrlik təklifinə Şeyx Əbdüldən REAKSİYA – “Vəzifədə gözüm yoxdur” 

165399

Bir sıra media orqanlarında verilən xəbərə görə, bir müddət əvvəl buraxılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədrləri Rasim Balayevlə   Şəfiqə Məmmədova yenidən namizədliklərini irəli sürmək fikrindədirlər.  

Yaşlarının 80-ə yaxın olması və buraxılmış ittifaqlar tərəfindən namizədlər kimi yenidən təklif edilməsi məsələsi bu sferada təmsil olunan şəxslər arasında müzakirələrə səbəb olub. Bu kimi faktorlar qeyd olunaraq yeni yaradılacaq ittifaqa sədrin daha gənc olmasını bildiriblər.  
 

MÖVZU İLƏ BAĞLI:

Şeyx Əbdul: “Övlad böyüyəndən sonra onu rahat buraxmalıyıq” - VİDEO


Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımov mətbuata verdiyi son açıqlamasında  Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədrləri Rasim Balayevlə Şəfiqə Məmmədova haqqında kəskin fikirlər səsləndirib. Bildirib ki, Rüstəm İbrahimbəyovun vaxtında hamısı gözəl idi: 

“Şəfiqə və Rasim yalnız özləri üçün qazandı. Onların heç birinin yenidən rəhbər olmasına razı deyiləm. Hər ikisi nə ediblərsə, özləri üçün ediblər. Ona görə də mən etiraz edirəm. Namizəd kimi Elşad Quliyev və Şeyx Əbdülü görmək istərdim”.  

Məsələyə Xalq artisti Əbdül Mahmudovun münasibətini öyrəndik. Bizim.Media-ya açıqlamasında o təklifinə görə Tariyel Qasımova “sağ olsun” dedi: 

“Mənim hansısa vəzifədə gözüm yoxdur. Amma kinomuzun indiki vəziyyəti məni çox ağrıdır. Azərbaycan kinosunun da iki qocaman nümayəndəsi var. Biri mənəm, biri də Oqtay Mirqasımovdur.

Biz hər gün danışırıq, deyirik ki kinomuzun yenidən ayağa qalxması üçün nə etmək lazımdır. Bu məsələdə Kinematoqrafçılar İttifaqının böyük rolu ola bilər. Təbii ki, bu quruma kinodan başı çıxan gənc, enerjili biri rəhbərlik etsə,  onda nəsə bir dönüş yaratmaq olar. Mənimsə sədr olmaq kimi bir istəyim yoxdur. Sadəcə yardımçı olmaq istəyirəm”.  

Əbdül Mahmudov bir ölkədə iki Kinematoqrafçılar İttifaqının olmasını  absurd addım kimi qiymətləndirib: 

“Yaxşı ki, gec də olsa bu məsələ qismən həll olundu. 4 ay əvvəl hər iki İttifaq öz fəaliyyətini dayandırdı. İndi yeni qurumun yaradılması prosesi gedir. Burada ad şərtidir. Əsas odur ki, yeni yaradılacaq qurum kino işçilərini bir araya gətirsin, onların işinə, fəaliyyətinə yardımçı olsun. Bunun üçün kino işçilərinin qurultayı keçirilməlidir. Təşkilatın yeni adı və rəhbər heyəti də həmin qurultayda müəyyən edilməlidir. Bu proses nə qədər tez başa çatsa, kinomuz bir o qədər çox qazanar”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO