İlqar Məmmədov yenidən Respublikaçı Alternativ Partiyasının (REAL) sədri seçilib.
Bizim.Media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“İki həftə idi REAL partiyasının rəsmi rəhbər şəxsi yox idi. Dünən, Qurultayda yenidən formalaşmış Syasi Komitə məni sədr seçdi”, - deyə siyasətçi bildirib.
İlqar Məmmədov partiyadakı vəzifəsinin adının dəyişdiyini də qeyd edib:
“Bundan sonra partiyada tutduğum vəzifə "Siyasi Komitənin sədri" adlanacaq. Niyə? Çünki yeni qanun partiya sədrinin (olacağı təqdirdə) ancaq Qurultayda seçilməsini tələb edir, biz isə partiyanın faktiki liderinin Siyasi Komitədə seçilməsindən imtina etmək istəmədik. Ona görə seçim qaydası yerində qaldı, vəzifənin adı isə dəyişdi.
Bundan başqa, 3 il əvvəl qəbul olunan keçmiş Nizamnamədə partiya liderinin maksimum səlahiyyət müddəti üst-üstə 8 il nəzərdə tutulmuşdu. 3 ilin artıq keçdiyini nəzərə alaraq, "əvvəllər partiya sədri olmuş şəxs" üçün müddət məhdudiyyətini yeni Nizamnaməyə "5 il" kimi yazdıq. Yoxsa sonra deyəcəkdilər qanunun təzələnməsindən istifadə edib bunlar öz müddətlərini sıfırladılar. Beləliklə, arada fasilələr olmasa, səlahiyyət müddətim 2028-ci ildə bitir”.
Siyasətçi əlavə edib ki, partiyanın Siyasi Komitəsi Natiq Cəfərlini və Mahmud Mahmudovu partiyanın katibləri vəzifəsinə təyin edib.
Qeyd edək ki, 2017-ci ildə təsis olunan REAL Partiyası 2020-ci ildə dövlət qeydiyyatına alınıb. İlqar Məmmədov REAL rəsmi fəaliyyətə başladıqdan etibarən partiyaya sədrlik edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 20.11.2023
İlqar Məmmədov yenidən REAL-ın SƏDRİ SEÇİLDİ
Hazırda oxunan: İlqar Məmmədov yenidən REAL-ın SƏDRİ SEÇİLDİ
Hazırda oxunan: İlqar Məmmədov yenidən REAL-ın SƏDRİ SEÇİLDİ
165192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.