Dünya Olimpiyadasının qalibləri Balakəndə - FOTO 

Dünya Olimpiyadasının qalibləri Balakəndə - FOTO 

Hazırda oxunan: Dünya Olimpiyadasının qalibləri Balakəndə - FOTO 

165014

Balakən Gənclər evində Gənclər və İdman Nazirliyinin dəstəyi, AREA-nın təşkilatçılığı ilə Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edərək dünya ikincisi olan Azərbaycan komandasının üzvləri ilə görüş keçirilib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Balakən Gənclər evindən məlumat verilib.   

Qeyd olunub ki, 5 qitədən, 84 ölkənin 450 komandanın qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında "Future İnnovators - Junior" kateqoriyası üzrə "Village Boys" komandamız ölkəmizin bayrağını zirvələrə qaldırıb.  
Balakən Gənclər evinin təşəbbüsü ilə keçirilən görüşdə qalib komandanın üzvləri, AREA kursunun məsul əməkdaşları, gənclər və robotexnika mühəndisliyinə xüsusi marağı olan məktəblilər də iştirak edib.  

Görüş zamanı komanda üzvləri dünya təcrübələrini gənclərlə bölüşüb, onları maraqlandıran suallara cavab veriblər.  

Daha sonra qaliblərə Balakən Gənclər evi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.  








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO