Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.
Bizim.Media xəbər verir ki, dəyişikliklər barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur.
Belə ki, bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:13 / 16.11.2023
İcbari sığorta ödənişinin verilməsi qaydasında DƏYİŞİKLİKLƏR EDİLİB
Hazırda oxunan: İcbari sığorta ödənişinin verilməsi qaydasında DƏYİŞİKLİKLƏR EDİLİB
Hazırda oxunan: İcbari sığorta ödənişinin verilməsi qaydasında DƏYİŞİKLİKLƏR EDİLİB
164700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.