Tanınmış alimin ölümünə səbəb olan Azər Maqsudov narkoloji testdən KEÇİRİLDİ - YENİLƏNİB - RƏSMİ 

Tanınmış alimin ölümünə səbəb olan Azər Maqsudov narkoloji testdən KEÇİRİLDİ - YENİLƏNİB - RƏSMİ 

Hazırda oxunan: Tanınmış alimin ölümünə səbəb olan Azər Maqsudov narkoloji testdən KEÇİRİLDİ - YENİLƏNİB - RƏSMİ 

164635

Noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini - 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Qeyd edilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. 

Araşdırma aparılır. 

Bizim.Media

*** 13:14

Kliniki Tibbi Mərkəz KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı, tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Bildirilib ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 


MÖVZU İLƏ BAĞLI:

 Bakıda tanınmış alimin ölümünə səbəb olan məşhur həkim imiş
 


Qəza  1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. 

Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO