Əvvəllər televiziya kanallarımızda maarifləndirici proqramlar, intellektual yarışmalar kifayət qədər idi. Bununla yanaşı, şou verilişləri də müəyyən normalar çərçivəsində yayımlanırdı.
Bu gün vəziyyət tamamilə dəyişib.
Hazırda teleməkanımızda insanların məişət həyatını ictimai mövzuya çevirib müzakirəsini aparan verilişlər üstünlük təşkil edir.
Bəs, məişət problemlərinin efirdə həll olunması nə dərəcədə düzgündür?
Teletənqidçi Sevda Sultanova Bizim.Media-ya bildirib ki, vətəndaşların sosial problemləri ilə bağlı hansısa televerilişlərə müraciət etməsi daha çox məcburiyyətlə bağlıdır:
“Amma müxtəlif telekanallarda yer alan sosial məzmunlu proqramlarda həddən artıq lokal əhəmiyyətli məişət məsələlərinin də müzakirə olunduğunu görürük. Daha pisi isə odur ki, ailənin intim problemləri bütün çılpaqlığı ilə, heç bir etik çərçivə gözlənilmədən efirə çıxarılır. Bu zaman məsuliyyəti vətəndaş yox, telekanal rəhbərliyi daşıyır. Yəni vətəndaşa icazə verilməsə o, təbii ki, efirə çıxa bilməz.
Məqsəd isə insanların ailə dramları hesabına reytinq əldə etməkdir.
Misalçün, bir qadının və ya kişinin şəxsi həyatının, kimləsə sevgili olmasının, hətta o, ailəli olsa belə, hansı ictimai əhəmiyyəti var? Bu kimi mövzularda müzakirə predmeti yoxdur. Ona görə də sosial proqramlar peşəkar səviyyədə yox, dedi-qodu şəklində efirdə təzahür edir.
Verilişlərin yaradıcı heyətlərinin, aparıcıların, redaktorların, operatorların ən adi ekran mədəniyyəti, savadı yoxdur. Bugünkü xaotik vəziyyət telekanallara nəzarət mexaniziminin sərtləşdirilməsini tələb edir. Bu verilişlərin müəlifləri özlərini aparıcı kimi yox, hakim, polis, müstəntiq, prokuror, jek müdiri və yengə kimi aparırlar”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 16.11.2023
“Bəzi aparıcılar özlərini yengə kimi aparırlar” – Teletənqidçidən QALMAQALLI AÇIQLAMA
Hazırda oxunan: “Bəzi aparıcılar özlərini yengə kimi aparırlar” – Teletənqidçidən QALMAQALLI AÇIQLAMA
Hazırda oxunan: “Bəzi aparıcılar özlərini yengə kimi aparırlar” – Teletənqidçidən QALMAQALLI AÇIQLAMA
164504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.