Bakıda MTK direktoruna cinayət işi AÇILDI

Bakıda MTK direktoruna cinayət işi AÇILDI

Hazırda oxunan: Bakıda MTK direktoruna cinayət işi AÇILDI

164363

«MƏQAM» MTK-nın vəzifəli şəxsləri tərəfindən Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 
 

Bildirilib ki, araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsinin 38.07 kv.metr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. 
Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO