Şabranda fərdi təsərrüfatdakı yanğın qəsdən törədilib?

Şabranda fərdi təsərrüfatdakı yanğın qəsdən törədilib?

Hazırda oxunan: Şabranda fərdi təsərrüfatdakı yanğın qəsdən törədilib?

164200

Şabranın Rəhimli kəndində Fərrux Ağamalıyevin fərdi təsərrüfatında baş verən yanğının qəsdən yandırıldığı ehtimal edilir. 

Kənd sakinlərinin Bizim.Media-ya verdikləri məlumata görə, ev sahibi Fərrux Ağamalıyev yanan mal tövləsinin yanında yad ayaq izləri görüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda mal-qara yandı - FOTO/VİDEO


Şabran rayon icra başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Samir Məmmədov da mal-qaranın sahibindən bu iddianı eşitdiyini bildirərək söyləyib ki, bu, hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin araşdırmasından və ekspertizanın rəyindən sonra məlum olacaq. 

Hələlik bu versiya təsdiqlənmir. Rəhimli icra nümayəndəsi açıqlama verib ki, yanğın nəticəsində sakinə 30-40 min manat arası ziyan dəyib.

Bütün heyvanı - 8 baş iri ana, 8 baş bala olmaqla, 16 baş iri buynuzlu mal-qarası, 60 toyuğu tələf olub və 100-dən çox ot bağlaması yanıb. Mal tövləsinin qəsdən yandırılmasını ekspertizaların rəyi müəyyən edəcək. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO