Bakıda evlərdən pul və qızıl-zinət oğurlayan şəxslər TUTULDU

Bakıda evlərdən pul və qızıl-zinət oğurlayan şəxslər TUTULDU

Hazırda oxunan: Bakıda evlərdən pul və qızıl-zinət oğurlayan şəxslər TUTULDU

164131

Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Mənbə qeyd edib ki, rayon polis idarəsinin 28-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ayxan Qurbanov müəyyən olunaraq saxlanılıb.

Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisində digər mənzildən pul və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əliağa Əliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO