Gəncəyə həyat yoldaşının yanına gələn Türkiyə vətəndaşı öldü 

Gəncəyə həyat yoldaşının yanına gələn Türkiyə vətəndaşı öldü 

Hazırda oxunan: Gəncəyə həyat yoldaşının yanına gələn Türkiyə vətəndaşı öldü 

164086

Gəncədə xəstəxanalardan birinə gətirilən Türkiyə vətəndaşı dünyasını dəyişib. 

Bizim. Media-nın yerli bürosunun məlumatına görə 1947-ci il təvəllüdlü Anıl İbrahim Mustafa yüksək qan təzyiqi diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib. 

Ona vacib olan ilkin tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Türkiyə Respublikasının Gəncədəki Konsulluğundan Bizim.Media-ya bildirildiyinə görə, Anil İbrahim Müstafa Azərbaycan vətəndaşı ilə ailəli imiş və 5 gün bundan öncə Gəncəyə həyat yoldaşının yanına gəlibmiş.
Onu əlavə ediblər ki, mərhum Gəncədə daimi yaşayan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO