Şabranda hotel işçiləri qəzaya düşdü - 5 yaralı

Şabranda hotel işçiləri qəzaya düşdü - 5 yaralı

Hazırda oxunan: Şabranda hotel işçiləri qəzaya düşdü - 5 yaralı

163820

Şabranda “Vaz 2106” və “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə Pirəbədil kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri və üç sərnişin xəsarət alıb. Hadisə zamanı “Vaz 2106”da olan üç nəfərin vəziyyəti ağır olduğu üçün onlardan biri Bakıda, ikisi Sumqayıtda yerləşən xəstəxanaya yerləşdirilib.

Digər avtomobildə olan iki sərnişin nisbətən yüngül xəsarətlə Şabran Rayon Xəstəxanasında saxlanılıb.

Məlumata görə qəzaya düşənlər “Şabran Hotel”in əməkdaşlarıdır. Hotel qəza baş verən kənddə yerləşir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO