“Şəki Qala” restoranı müştəriləri ALDADIB - FOTOLAR

“Şəki Qala” restoranı müştəriləri ALDADIB - FOTOLAR

Hazırda oxunan: “Şəki Qala” restoranı müştəriləri ALDADIB - FOTOLAR

16366

“8 mart Beynəlxalq Qadınlar bayramı ilə  əlaqədar olaraq “Şəki Qala”  restoranının şou - proqramında iştirak etdik. Lakin “Şəki Qala” restoranı bizi aldatdı. Və mən qonaqlarımın yanında biabır  oldum”.

Bu sözləri Bizim.Media-ya zərərçəkmiş Aygün İsmayıllı  söyləyib. “Restoran bizə öncədən hazırlanmış menyu əsasında 1 nəfər üçün  tədbirin qiymətinin 100 manat olduğunu bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda qəlyan təklif edən çay evinin rəhbəri həbs edildi - VİDEO


Restorandan bizə deyildi  ki, 3 nəfər böyük və 10 yaşlı uşaq, cəmi 4 nəfər ödənişli xidmət əsasında, digər 6 və 3 yaşlı 2 uşaq isə ödənişsiz olaraq tədbirdə iştirak edə bilər. Restorandan əlavə olaraq menyuda olan təamlar masaya fasiləsiz olaraq istənilən miqdarda veriləcəyi söz verildi”. 

Aygün İsmayıllı əlavə edir ki, ümumi şou-proqramın qiyməti 400 manat təşkil etdi: 

“Restoran bu məbləği bizə  öncədən ödənilməli olduğumuzu dedilər.  Biz  də  06 mart 2021-ci il tarixdə 400 manat pulu restorana nəğd ödədik. Bu zaman heç bir maliyyə sənədi, kassa çeki təqdim olunmadı!

08 mart 2021-ci ildə axşam saatlarında restoranda olarkən restoran əməkdaşları bizə azyaşlı 2 uşağa görə (3 yaş və 6 yaş) menyuda nəzərdə tutulan təamlardan verilməyəcəyini bildirdilər.

Restoran əməkdaşları bunu 2 uşağa görə 200 manat pulu ödəməməyimizlə əsaslandırdılar. Ancaq onlar əvvəl bizə belə söz deməmişdilər. Təbii ki,  biz uşaqlar üçün ödəniş etmədik. Onlara 20 manatlıq menyu aldıq”. 

Zərərçəkən deyir ki, restoran onlara həm maddi, həm də ki, mənəvi ziyan vurub:

“Birincisi, uşaqlara ödəniş tələb etməklə məni qonaqlarımın yanında biabr etdilər. İkincisi isə süfrədə 400 AZN dəyərində yemək yox idi.

Ümumi olaraq süfrədə 80 AZN civarında menyu olardı. Restorandan mənə dəyən ziyanın - 320 manatın ödənilməsini tələb edirəm”.

Gülşanə Mustafayeva, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO