13 Beyləqan sakini 5 avtomaşınla minalanmış ərazilərə keçmək istədi - FOTO

13 Beyləqan sakini 5 avtomaşınla minalanmış ərazilərə keçmək istədi - FOTO

Hazırda oxunan: 13 Beyləqan sakini 5 avtomaşınla minalanmış ərazilərə keçmək istədi - FOTO

16365

Füzulidə işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən daha 13 nəfər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən polis postlarından kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən 13 nəfər Beyləqan rayon sakini 5 avtomaşınla birlikdə rayonun Alxanlı kəndi ərazisində müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO