31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Dəmir Yolları QSC-də 2016-cı ilin yekununa həsr olunan yığıncaq keçirilib.
Moderator.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bayram münasibətilə bütün dəmiryolçuları və Azərbaycan xalqını təbrik edib.
Bildirib ki, təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır. Onlardan biri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günüdür.
C.Qurbanov 2016-cı il ərzində Prezident İlham Əliyevin diqqəti sayəsində dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”x9d və “Şərq-Qərb”x9d beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində, “ASAN qatar”x9d sisteminin tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra 26 dəmiryolçuya yeni mənzillərinin açarları təqdim olunub.































































































