Bulvarda Zəfər Günü ilə bağlı bayram konserti keçirilir - VİDEO

Bulvarda Zəfər Günü ilə bağlı bayram konserti keçirilir - VİDEO

Hazırda oxunan: Bulvarda Zəfər Günü ilə bağlı bayram konserti keçirilir - VİDEO

163543

Paytaxt Bakıda Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram konserti keçirilir. 

Bizim.Media xəbər verir ki, bayram konsertinin yekununda atəşfəşanlıq olacaq. 

Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin üçüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb.
Həmçinin prospekt və küçələrdəki binaların eyvanlarından ölkəmizin üçrəngli bayraqları dalğalanır.

Qeyd edək ki, həmçinin bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.  

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO