Lənkəranda silsilə oğurluq - Dəstə üzvləri tutuldu - FOTO 

Lənkəranda silsilə oğurluq - Dəstə üzvləri tutuldu - FOTO 

Hazırda oxunan: Lənkəranda silsilə oğurluq - Dəstə üzvləri tutuldu - FOTO 

16341

Lənkəran polisi ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvlərini tutub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, mart ayının 23-də Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda azyaşlı oğurluq etdi - 25 minlik qızıl-zinətin aqibəti - FOTO


Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev və Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonun ərazisindəki 1 “Kapital Bank” və 1 “MilliÖn” ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22099 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib.

Oğurlanmış pul və danışıq kartları onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO