Azərbaycanda Zəfər Günü qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

Hazırda oxunan: Azərbaycanda Zəfər Günü qeyd olunur

163400

Bu gün, noyabrın 8-də Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin üçüncü ildönümü qeyd olunur.  

Bizim.Media xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla noyabrın 8-i Zəfər Günü kimi təsis edilib.  
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib - FOTO 


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.  

Rəşadətli Azərbaycan Ordusu  44 gün davam edən hərbi əməliyyatlar nəticəsində inanılmaz uğurlar əldə edərək torpaqlarımızı düşmən tapdağından azad etdi.  

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. 
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir. 

Zəfərin mübarək, Vətən!  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO