Qəbul imtahanına antiterror tədbirləri ilə bağlı tapşırıqlar SALINACAQ

Qəbul imtahanına antiterror tədbirləri ilə bağlı tapşırıqlar SALINACAQ

Hazırda oxunan: Qəbul imtahanına antiterror tədbirləri ilə bağlı tapşırıqlar SALINACAQ

163310

2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair tapşırıqlar tərtib ediləcək. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən bildirilib. 

Qeyd olunub ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən antiterror tədbirlərinə dair bilgilər almayıblar. Ona görə də qəbul imtahanlarında tarix fənnindən antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar bu material əsasında tərtib ediləcək. 
Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO