Daxili Qoşunların hərbi qulluqçularının maaşları ilə bağlı FƏRMAN

Daxili Qoşunların hərbi qulluqçularının maaşları ilə bağlı FƏRMAN

Hazırda oxunan: Daxili Qoşunların hərbi qulluqçularının maaşları ilə bağlı FƏRMAN

163278

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmana əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. 
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO