BMU-da Zəfər Günü qeyd olundu  - FOTO 

BMU-da Zəfər Günü qeyd olundu  - FOTO 

Hazırda oxunan: BMU-da Zəfər Günü qeyd olundu  - FOTO 

163185

Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. 

Bizim.Media xəbər verir ki, universitetin şəhid ailəsinin üzvü olan, həmçinin Vətən müharibəsində iştirak etmiş qazi tələbə və əməkdaşlarının da iştirak etdiyi tədbirdə “Zəfər tarixi” adlı videoçarx nümayiş olunub. 

Zəfər Günü münasibətilə təbriklərini çatdıran BMU-nun rektoru Yaqub Piriyev tarixi qələbəni, şərəfli günləri bizə qazandıran şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə cansağlığı arzulayıb və şəhidlərin bizim qəlbimizdə əbədi yaşayacağını deyib. 
Rektor artıq üç ildir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində şanlı qələbə şərəfinə təsis edilmiş Zəfər Gününü böyük qururla qeyd etdiyini bildirib. Bu möhtəşəm tarixi Zəfər nəticəsində 30 illik işğala son qoyulmaqla yanaşı, iki əsrə yaxın dövrdə xalqımıza çoxsaylı fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirildyini önə çəkən ali təhsil ocağının rəhbəri Zəfərimizin növbəti ildönümünün ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz bir vaxta, eyni zamanda İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsinə diqqət çəkib.

Yaqub Piriyev bu baxımdan şanlı zəfərdən, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən olan Qarabağ probleminin birdəfəlik həllindən danışarkən, qələbəmizi şərtləndirən amillərə dönə-dönə qayıtmağın, nəzər yetirməyin vacibliyini vurğulayıb. 

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev möhtəşəm tarixi qələbənin bu il ölkəmizin suverenliyinin tam bərpa olunaraq bayram edilməsini xüsusi vurğulayıb. 

Sonra çıxış edən şəhid Osman Manafovun həyat yoldaşı, BMU-nun II kurs tələbəsi Aysel Manafova Zəfər Gününü şəhid ailəsi olaraq böyük qürurla qeyd etdiyini bildirib. Şəhidin şərəfli ömür yolundan danışan A.Manafova qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən qəhrəman döyüşcü Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, həmçinin “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO