Hacıqabulda qumbara AŞKARLANDI - FOTO 

Hacıqabulda qumbara AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Hacıqabulda qumbara AŞKARLANDI - FOTO 

163114

Hacıqabul rayonunda sursat aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər.

Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib. 

Bundan əlavə, sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO