Daşaltı kəndində avtomobil aşdı: 5 nəfər yanaraq öldü - FOTO

Daşaltı kəndində avtomobil aşdı: 5 nəfər yanaraq öldü - FOTO

Hazırda oxunan: Daşaltı kəndində avtomobil aşdı: 5 nəfər yanaraq öldü - FOTO

163085

Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. 

Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. 
Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda iatintaq davam etdirilir.

Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO