Gəncə-Samux yolunda 75 yaşlı piyadanı maşın vurub ÖLDÜRDÜ  

Gəncə-Samux yolunda 75 yaşlı piyadanı maşın vurub ÖLDÜRDÜ  

Hazırda oxunan: Gəncə-Samux yolunda 75 yaşlı piyadanı maşın vurub ÖLDÜRDÜ  

163080

Gəncə-Samux yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “KİA” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən piyada 1948-ci il təvəllüdlü Musa Əzizovu vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 75 yaşlı kişi Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO