Məzarların suyunu təmizləyən qurum tapılmır - Zabrat qəbirstanlığında - FOTO

Məzarların suyunu təmizləyən qurum tapılmır - Zabrat qəbirstanlığında - FOTO

Hazırda oxunan: Məzarların suyunu təmizləyən qurum tapılmır - Zabrat qəbirstanlığında - FOTO

16287

Zabrat II qəbiristanlığında ölülərimizin suyun içində qalması ilə bağlı şikayəti gündəmə gətirmişdik. 

Bizim.Media olaraq Zabrat bələdiyyəsi bir neçə dəfə əlaqə saxladıq.

Bələdiyyə sədri Nailə Nəsirova Bizim.Media-ya qəbirstanlığın suyun içində olmasının səbəblərini açıqladı:
 

MÖVZU İLƏ BAĞLI:

Zabrat qəbirstanlığı kanalizasiya sularının altında qalıb - FOTO/VİDEO 


“Güclü yağış yağanda qəbirstanlığı su basır, indi hər tərəf qurudur. Hazırda ərazidə heç bir  su yığıntısından söhbət gedə bilməz. Hazırda suyun  içində olmaması ilə bağlı sizə ərazinin  görüntülərini də çəkib ata bilərəm”

Nailə Nəsirovanın bu açıqlamsından sonra sözügedən qəbirstanlıqda məzarların suyun içində olmaması ilə bağlı faktın təsdiq olunmasını gözlədik. Lakin, gün ərzində redaksiyamıza bələdiyyə sədri tərəfindən heç bir məlumat daxil olmadı.

Növbəti iş günündə bələdiyyə sədri Nailə Nəsirova ilə yenidən əlaqə yaratdıq. O bildirdi ki, qəbirstanlıq ətrafına kanalizasiya xəttinin çəkilməsi ilə bağlı “Azərsu” ASC-nə müraciət edəcəklər.

“Azərsu” ASC-dən isə sorğumuza cavab olaraq bildirdilər ki, Bakıətrafı su basan ərazilər vaxtilə çökəklik və gölməçələr olub: 

“Sonradan belə ərazilər qurudularaq yaşayış  yerlərinə  çevrilib. Yağıntılı hava şəraitində orada olan yaşayış evlərinin zirzəmiləri suyun içində olur. Bu ərazilər bizim xidmət göstərdiyimiz ərazilər deyil. “Azərsu”nun orada heç bir infrastrukturu yoxdur”.

Mövzu ilə bağlı Sabunçu rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

Görünür, problem yenə də həll edilməmiş qalır. Əsas məsuliyyət isə yenə də bələdiyyənin boynuna düşür və bu qurum yaxasını kənara çəkir.

Ancaq qəbrdə uyuyanların yaxınlarının çoxsaylı şikayətlərindən sonra bəlkə də “Azərsu” qəbiristanlığın kənarında kanalizasiya xətti çəkər, ölülərin ruhu da şad olar...

Gülşanə Mustafayeva, Bizim.Media 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO