Ötən əsrdən qalan rabitə dirəyinin yenilənməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Ötən əsrdən qalan rabitə dirəyinin yenilənməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ötən əsrdən qalan rabitə dirəyinin yenilənməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

162867

Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığındakı məhəllədə yerləşən rabitə dirəyinin təhlükəli vəziyyətdə olduğunu xəbər vermişdik.

Söhbət Hacı Sultan Əli məscidinin arxasındakı köməkçi vasitə ilə yerə bərkidilən, illərdir yenilənməyən rabitə dirəyindən gedir.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin ərazidə rabitə dirəklərinə yerində baxış keçirilib və mövcud dirəklərin istismara yararlı olduğu müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində TƏHLÜKƏ – Ötən əsrdən qalan rabitə dirəyi niyə YENİLƏNMİR? - FOTO


Məlumatda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellərin istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzləndiyi qeyd edilib:

"Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır".

Həmçinin qeyd edilib ki, "Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışının təmin edildiyi, layihə çərçivəsində ümumilikdə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanının yaradılıb.
Xatırladaq ki, yayayış evlərinin yaxınlığında yerləşən və hər an aşa bilmə ehtimalı böyük olan dirək illərdir ki, yenilənmir. XXI əsrdə şəhərin mərkəzində hələ də dirəyin ağacdan olması, üstəlik ağacın aşağı hissəsinin çürüməsi narahatlıq doğurur.

Günel, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO