Əhalinin əksəriyyəti gündəlik məlumatları sosial şəbəkələrdən alır – SORĞU

Əhalinin əksəriyyəti gündəlik məlumatları sosial şəbəkələrdən alır – SORĞU

Hazırda oxunan: Əhalinin əksəriyyəti gündəlik məlumatları sosial şəbəkələrdən alır – SORĞU

162735

Ölkə əhalisinin yarıdan çoxu gündəlik məlumatı sosial şəbəkələrdən alır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, texnologiya dövründə informasiyanın həcmi və informasiya platformalarının sayı sürətlə artır.

İnformasiya mənbələrində və istifadəçi sayındakı intensiv artım, etibarlı informasiyaya çıxış imkanlarını aktuallaşdırır. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu istiqamətdə keçirilən ictimai rəy sorğusu insanların gündəlik əsas məlumat mənbələrini öyrənməyə imkan verib. 

Nəticələrə görə, respondentlərin 55,7%-i məlumatları sosial şəbəkədən, 45,3%-i televiziyadan, 30,7%-i internet xəbər saytlarından, 12,5%-i yaxın ətrafdan aldığını bildirib. Respondentlərin rəylərində növbəti sıralarda qəzet, jurnal (2,3%), radio (1,8%) və digər informasiya mənbələri (0,5%) yer alıb.

Sorğunun nəticələrinin respondentlərin sosial-demoqrafik bölgüsünə görə təhlili, yaş artıqca televiziyanı əsas məlumat mənbəyi kimi qeyd edənlərin sayında artan, sosial şəbəkələr üzrə azalan dinamika olduğunu göstərib. Nəticələrə əsasən, yaşı 65-dən yuxarı olanların 89.2%-nin gündəlik hadisələrlə əsas informasiya mənbəyi televiziya, 18-24 yaş qrupu iştirakçıların isə 85.0%-nin isə sosial şəbəkələrdir.

İnternet xəbər saytları əsasən orta yaş qrupuna aid respondentlər tərəfindən qeyd olunub.

Ümumi rəyləri yaşayış məntəqələrinin növünə görə təhlil etdikdə əhəmiyyətli fərqlər qeydə alınıb. Kənd ərazi vahidlərində yaşayanların əsas informasiya mənbəyinin televiziyalar (54,8%), şəhərdə məskunlaşanların əsas informasiya mənbəyinin sosial şəbəkələr (60,3%) olduğu məlum olub.

Nəticələri gender aspektindən təhlil etdikdə, sosial şəbəkə iştifadəçiləri üzrə bərabər bölgü qeydə alınarkən (kişilərin 55,3%-i, qadınların 56,1%-i), televiziyalar üzrə nəticələr fərqlənib (kişilərin 39,7%-i, qadınların 50,2%-i).

“Sosial şəbəkələrdən aldığınız məlumatın doğruluğunu yoxlayırsınızmı?” sualına cavab olaraq, respondentlərin 26,8%-i yoxladığını, 67,2%-i buna ehtiyac görmədiyini bildirib. Respondentlərin 6,0%-i bu barədə hər hansı fikir bildirməyib.

Nəticələrin təhlilinə əsasən, yaş artıqca sosial şəbəkələrdən aldığı informasiyanın doğruluğunu yoxlamayanların sayında artım qeydə alınır. Ümumilikdə bu mövqe 18-24 yaş qrupu respondentlər üzrə 67,5%-ə, 55-64 yaş qrupu üzrə 80,0%-ə bərabər olub.

Orta təhsillilərin 22,4%-i, ali təhsillilərin 32,0%-i sosial şəbəkələrdən aldığı informasiyanın doğruluğunu yoxladığını bildirib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO