''Türk lirəsinin ucuzlaşması manatın məzənnəsinə təsir etməyəcək'' - Elman Rüstəmov 

''Türk lirəsinin ucuzlaşması manatın məzənnəsinə təsir etməyəcək'' - Elman Rüstəmov 

Hazırda oxunan: ''Türk lirəsinin ucuzlaşması manatın məzənnəsinə təsir etməyəcək'' - Elman Rüstəmov 

16272

“Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzindədir.”

Bizim.Media xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

"Ölkədə valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyl göstərməsitədiyyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir.

Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlamasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir.

Valyuta bazarında tarazlığı və makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər maliyyyə resursları var",- deyə o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO