Məktəblər aprelin 5-dən bağlanır – “Çıxış yolu onlayn tədrisdir” - DEPUTAT

Məktəblər aprelin 5-dən bağlanır – “Çıxış yolu onlayn tədrisdir” - DEPUTAT

Hazırda oxunan: Məktəblər aprelin 5-dən bağlanır – “Çıxış yolu onlayn tədrisdir” - DEPUTAT

16270

Son günlər Azərbaycanda epidemioloji durum kritik həddə çatıb. Koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Ölənlər arasında məktəb müəllimləri, hətta direktor da var. 

Tanınmış həkim və infeksionistlərin bildirdiyinə görə, yoluxmanın artması bilavasitə məktəblərin əyani təhsil sisteminə keçməsindən sonra baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Təhsil Nazirliyi və DİM abituriyentlərin talelərinə laqeyddir” – Ekspertdən sərt TƏNQİD 


Təhsil işçilərindən saytımıza bildiriblər ki, Azərbaycanda bütün məktəblərin növbəti iş həftəsindən etibarən, yəni aprelin 5-dən sonra yenidən bağlanacağı gözlənilir. 

Bizim.Media-ya danışan Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü İsa Həbibbəyli yoluxma artarsa və epidemioloji durum gərginləşərsə, dərslərin distant təhsilə keçəcəyini istisna etməyib:

“Bu məsələdə iki vacib məqam var. Birinci odur ki, yeni nəslin sağlamlığını və onun həyatını təmin etmək, digəri isə təhsili üstün tutmaqdır. Hər iki məqamı düşünərək addım atılmalıdır.


Hesab edirəm ki, yeni nəslin sağlamlığını düşünməklə yeni yollar axtarmalıyıq. Fikrimcə, Təhsil Nazirliyi bu istiqamətdə məqsədəuyğun iş aparır. Bütün məktəblərin eyni vaxtda qapanması və bağlanması haqda qərar verməsə də, yoluxma aşkarlanan və çoxalan təhsil müəssisələrində tədbirləri həyata keçirir. Məncə, bu, seçilmiş və daha uyğun yoldur. Bu yol həm yeni nəslin sağlamlığıın qorunmasına, həm də təhsilin müəyyən qədər davam etməsinə imkan verir”.

Deputat qeyd edib ki, məktəblərdə yoluxma kütləvi xarakter alsa və Nazirlər Kabineti yanında Operativ Qərargah dərslərin yenidən onlayn formaya keçilməsi haqda qərar versə anlayışla qarşılanmalıdır:
 

“Yoluxma ilə bağlı ayrı-ayrı məktəblərdə həyata keçirilən qabaqlayıcı tədbirlər və ya məhdudlaşdırıcı məqamlar hər iki prosesi tənzimləyə imkan verir.


Eyni zamanda onlayn tədrislə bağlı qazandığımız təcrübə tədris prosesini müəyyən qədər irəli aparmağa imkan yaradır. Əlbəttə ki, məktəblərdə kütləvi yoluxma baş verərsə və şagirdlərin sağlamlığı məsələsi ön plana keçərsə, ən münasib çıxış yolu məhz onlayn tədrisdir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO