Şəkidə antiterror əməliyyatlarında şəhid olan hərbçilər anılıb - FOTO 

Şəkidə antiterror əməliyyatlarında şəhid olan hərbçilər anılıb - FOTO 

Hazırda oxunan: Şəkidə antiterror əməliyyatlarında şəhid olan hərbçilər anılıb - FOTO 

162660

Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda ehtiramla anılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Rizvan Əhmədovun və Aşağı Layısqı kənd sakini, əsgər Bəxtiyar İdrisovun məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.  

Anım tədbirlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO