Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının üzvlüyündən ÇIXARILDI 

Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının üzvlüyündən ÇIXARILDI 

Hazırda oxunan: Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının üzvlüyündən ÇIXARILDI 

162474

Azərbaycanın Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının üzvlüyündən xaric edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. 

Qeyd olunur ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 905-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 16.20-ci bəndi ləğv edilir. 
Həmin bənddə qeyd olunurdu ki, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının üzvü olmaqla onun işində iştirak edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO