Xırdalanda məktəbin həyətində itlər “AT OYNADIR” – İcra hakimiyyəti nə işlə MƏŞĞULDUR? – VİDEO

Xırdalanda məktəbin həyətində itlər “AT OYNADIR” – İcra hakimiyyəti nə işlə MƏŞĞULDUR? – VİDEO

Hazırda oxunan: Xırdalanda məktəbin həyətində itlər “AT OYNADIR” – İcra hakimiyyəti nə işlə MƏŞĞULDUR? – VİDEO

162413

Sahibsiz itlər Xırdalan şəhərində “at oynadır”. Şəhərin küçələrində sürü ilə gəzən itlər artıq məktəblərin, uşaq baxçaların və evlərin həyətlərinə də daxil olublar. Ötən gün sosial şəbəkələrdə Xırdalan şəhər 2 saylı orta məktəbin həyətində it sürülərinin görüntüləri paylaşılıb. 

Qeyd olunub ki, sürü şəklində gəzən itlər valideynlər və uşaqların həyatı üçün ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin araşdırıldığı bildirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Daha nə qədər “qurban” olmalıdır ki, rəsmi qurumlar sahibsiz itləri küçələrdən YIĞIŞDIRSIN?


“Araşdırma zamanı məlum olub ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər humanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi-nəzərindən tərəfimizdən hər hansı bir radikal addım atılmayıb.

İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb.

Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, icra hakimiyyətinin büdcədənkənar vəsaitləri bölməsində də bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. 

Hətta xidməti personal belə təyin edilib. 

Bütün bu işlərlə paralel olaraq tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir”. 

Xatırladaq ki, bu ilin mayında da Abşeron rayonu ərazisində sahibsiz itlərin yaratdığı təhlükələrlə bağlı saytımızda yazı dərc olunmuşdu.

Həmin dönəmdə də İcra Hakimiyyətindən sahibsiz itlərin saxlanılması üçün yeni layihənin hazırlandığı bildirilmişdi. Göründüyü kimi, sözügedən vaxtdan 5 aydan çox zaman keçməsinə baxmayaraq, hələ də sığınacağın tikintisinə start verilməyib.

Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO