Şuşada TÜRKSOY-un toplantısında yekun bəyannamə imzalandı - FOTO

Şuşada TÜRKSOY-un toplantısında yekun bəyannamə imzalandı - FOTO

Hazırda oxunan: Şuşada TÜRKSOY-un toplantısında yekun bəyannamə imzalandı - FOTO

162385

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı gerçəkləşib.

Toplantıda TÜRKSOY-a üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yerindən (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak edib.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış edərək iştirakçıları salamlayıb və toplantının işinə uğurlar arzulayıb.

Daha sonra TÜRKSOY-un 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq teatr festivalının türk xalqlarının səhnə sənətinin, dilinin, adət-ənənələrinin təbliğinə böyük töhfə olduğu qeyd olunub.

Digər respublikaların nümayəndələrinin də çıxışları dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının birgə bəyannaməsi imzalanıb.

Sənəddə türk xalqlarının teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, səhnə işi üzrə sənət mübadiləsi və s. məsələlər əksini tapıb.

Qeyd olundu ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 10-cu toplantısı 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Türkmənistanın Anev şəhərində keçiriləcək.

Sonda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, I Beynəlxalq TÜRKSOY Teatr Festivalı noyabrın 4-dək davam edəcək.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO