Qaxda avtomobilin qarşısına çıxan at qəzaya SƏBƏB OLDU 

Qaxda avtomobilin qarşısına çıxan at qəzaya SƏBƏB OLDU 

Hazırda oxunan: Qaxda avtomobilin qarşısına çıxan at qəzaya SƏBƏB OLDU 

162223

Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürgüstan magistralının rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayon sakini, 37 yaşlı Ramin Novruzov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən nəqliyyat vasitəsinin qarşısına at çıxıb.

Bu zaman sürücü atı vurub.Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişini müxtəlif dərəcəli bədən xasarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Faktla bağlı Rayon Polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO