Masazırda Pakistan vətəndaşları arasında DAVA: Ölən və yaralanan var - YENİLƏNİB 

Masazırda Pakistan vətəndaşları arasında DAVA: Ölən və yaralanan var - YENİLƏNİB 

Hazırda oxunan: Masazırda Pakistan vətəndaşları arasında DAVA: Ölən və yaralanan var - YENİLƏNİB 

162213

Oktyabrın 30-da saat 21:30 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, ilkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub. 

İbtidai istintaq davam etdirilir. 




*** 00:02

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb .

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər. 
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO