Ermənistanın Qərbi azərbaycanlılara qarşı soyqırımı ilə bağlı cinayət işi açıldı - RƏSMİ 

Ermənistanın Qərbi azərbaycanlılara qarşı soyqırımı ilə bağlı cinayət işi açıldı - RƏSMİ 

Hazırda oxunan: Ermənistanın Qərbi azərbaycanlılara qarşı soyqırımı ilə bağlı cinayət işi açıldı - RƏSMİ 

162102

Qərbi azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış soyqırımı və deportasiya ilə bağlı cinayət işi başladılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorun müavini Elmar Camalov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib. 

“Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülməsi və ya ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının istintaqı hazırda davam etdirilir. Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət nitqindən imtina etməlidir”, - deyə o əlavə edib. 
Qeyd edək ki, Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir.

Mərasimdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Elmar Camalov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, elm xadimləri və media nümayəndələri iştirak edirlər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO