Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb.
Bizim.Media xəbər verir ki, polis tərəfindən saxlanılan Tağıyev Müşviq Məhəmməd oğlunun qətli tamah məqsədi ilə törətdiyi iddia edilir.
Belə ki, ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.
Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:29 / 30.10.2023
İDDİA: Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib
Hazırda oxunan: İDDİA: Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib
Hazırda oxunan: İDDİA: Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib
162074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.