Kürdəmirin mərkəzi küçələri asfaltlanır – FOTO  

Kürdəmirin mərkəzi küçələri asfaltlanır – FOTO  

Hazırda oxunan: Kürdəmirin mərkəzi küçələri asfaltlanır – FOTO  

162073

Kürdəmirdə şəhər ərazisində abadlıq quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrinə asfalt örtüyü salınır. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon ərazisində abadlıq quruculuq işləri böyük vüsət alıb. 

Belə ki, rayon ərazisində küçə və prospektlərin işıqlanma işləri başa çatdıqdan sonra rayonun mərkəzi küçələrinə asfalt örtüyünün salınması işlərinə start verilib. 
Hazırda bu işlər rayonun şəhid Fərrux Hüseynov küçəsində uğurla davam etdirilir. Belə ki, adı çəkilən küçədə yol yatağının bərkidilməsi işləri yekunlaşıb və hazırda asfalt örtüyünün salınmasına başlanılınıb.

İşlərin aparıldığı ümumi uzunluğu 1020 metr, eni 6 metr, hündürlüyü 7 santimetr olan küçədəki yola 7 min kvadrat metr asfalt örtüyünün salınması işləri nəzərdə tutulur. 

Qeyd edək ki, rayon ərazisində abadlıq quruculuq işləri çərçivəsində ilin sonuna qədər şəhərin Məhəmməd Hadi, şəhid Ramil Babayev və İslam Məmmədov küçələrinində asfalt örtüyünün salınması işləri nəzərdə tutulur. 










Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO