Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Əhmədli Xaqani Mirnizami oğlunu vuraraq qəsdən öldürən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, qətl hadisəsi oktyabrın 24-də törədilmişdi. Belə ki, X.Əhmədli aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.
Bizim.Media