Sumqayıtda evə hücumda ölən və yaralananların FOTOLARI 

Sumqayıtda evə hücumda ölən və yaralananların FOTOLARI 

Hazırda oxunan: Sumqayıtda evə hücumda ölən və yaralananların FOTOLARI 

161875

Xəbər verdiyimiz kimi, bu gün sübh vaxtı (saat 05:50) Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində dəhşətli cinayət törədilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb. 

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb. 

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir. 

Fotoda Dağbəyi Fərəcov 


 Fotoda Tərlan Fərəcova 


Fotoda Serkan Karakaş 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO