Bakıda baş verən qətlin TƏFƏRRÜATLARI: Ər keçmiş arvadını gözəllik salonunda öldürüb

Bakıda baş verən qətlin TƏFƏRRÜATLARI: Ər keçmiş arvadını gözəllik salonunda öldürüb

Hazırda oxunan: Bakıda baş verən qətlin TƏFƏRRÜATLARI: Ər keçmiş arvadını gözəllik salonunda öldürüb

161681

Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Xətai rayon prokurorluğu məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI
 


Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO