Azərbaycanda 1991-ci ildən indiyədək 3413 nəfər mina qurbanı OLUB - FOTO 

Azərbaycanda 1991-ci ildən indiyədək 3413 nəfər mina qurbanı OLUB - FOTO 

Hazırda oxunan: Azərbaycanda 1991-ci ildən indiyədək 3413 nəfər mina qurbanı OLUB - FOTO 

161644

2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. 

O qeyd edib ki, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb. Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var. 
H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır. 

Xatırladaq ki, mina partlayışı ilə əlaqədar sonuncu hadisə oktyabrın 26-da Tərtərdə baş verib. Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO