Azərbaycanda səfərdə olan Tacikistanın müdafiə naziri hərbi hissəni ziyarət edib - FOTO 

Azərbaycanda səfərdə olan Tacikistanın müdafiə naziri hərbi hissəni ziyarət edib - FOTO 

Hazırda oxunan: Azərbaycanda səfərdə olan Tacikistanın müdafiə naziri hərbi hissəni ziyarət edib - FOTO 

161535

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib. 

Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər. 
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO