Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı ARTDI 

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı ARTDI 

Hazırda oxunan: Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı ARTDI 

161450

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb. 

Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO