Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 29.03.2021
Cəbrayıla keçmək istəyənlər saxlanıldı - FOTO
Hazırda oxunan: Cəbrayıla keçmək istəyənlər saxlanıldı - FOTO
Hazırda oxunan: Cəbrayıla keçmək istəyənlər saxlanıldı - FOTO
16110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.